"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ərazimizdə topladığımız 6000-dən artıq sənədsiz mənzil haqqında anketlərin aqibəti bəlli deyil”

--2022-08-22 / 13:37

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla Sabunçu rayonu Sabunçu bələdiyyəsində görüş keçirilmişdir. Görüşdə Sabunçu bələdiyyəsinin sədri əlfəddin Həsənov, bələdiyyə sədrinin müavinləri və mühasib iştirak etmişdir.

Sabunçu bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə əsasən bələdiyyənin üzləşdiyi problemlər və həlli yolları müzakirə edilmişdir.

Bildirilmişdir ki, hazırda inventarlaşdırma işlərindən sonra qəsəbə ərazisində 11.000-dən bir qədər artıq fərdi təsərrüfatın olduğu müəyyən edilmiş, bu təsərrüfatların 9 mini haqqında məlumatlar bazaya yerləşdirilmişdir. Bələdiyyə iclasının qərarıyla yaradılan inventarlaşdırma komissiyası bununla bağlı ciddi addımlar atmaqdadır. Bu gün bələdiyyənin vergi xidməti əsas diqqəti vergi ödəyicilərin arasında yorulmadan maarifləndirmə işlərinə yönəldib. Hazırda bələdiyyə ərazisində olan təsərrüfatların cəmi 15 faizində çıxarış vardır.

Görüşdə bildirildi ki, hazırda qəsəbə ərazisində olan evlərin 85 faizinin sənədi yoxdur. Mənzillərin sənədinin olmaması bələdiyyəyə vergi toplamaqda ciddi problem yaratmaqdadır. əmlak məsələləri Dövlət Xidmətində bu prosesə kütləvi şəkildə start vermiş olsa, sözsüz ki, vətəndaşlarda on illər boyu yaşadıqları mənzili sənədləşdirməyə maraqlı olarlar. illər öncə prosesə start verilsə də, prosesin yerində sayması həm vətəndaşlara, həmdə bələdiyyələrə problem yaratmaqdadır.

Məlum olduğu kimi, bununla bağlı sənədi olmayan 6000-dən artıq fərdi təsərrüfatın haqqında məlumatlar toplanaraq müvafiq icra hakimiyyətləri yanında yaradılan komissiyaya təqdim edilib. Ancaq təəssüf ki, bu günədək prosesdən xəbər yoxdur.

Bununla yanaşı bələdiyyənn xəritəsinin bu günədək təhvil verilməməsi bələdiyyə üçün daha böyük problem yaradır. ilkin olaraq təqdim edilən elektron xəritədə ciddi problemlər üzə çıxdığından yenidən işlənilməsi təklif olunmuşdu.

Qəsəbə ərazisinin xəritədə tam əks olunmaması, üstəlik 25 kv.km əvəzində bələdiyyəyə 19 kv/km göstərilməsi bələdiyyə üzvlərinin haqlı narazılğına səbəb olmuşdur. Xəritədə mütəxəssislər tərəfindən yenidən baxılaraq mövcud nöqsanlar aradan qaldırılsa da hələ də nə təsdiq edilib, nə də təhvil verilib.

Formalaşdığı ilk gündən bələdiyyəninin inzibati bina məsələsi öz həllini tapmayıb. 2017-ci ildən hazırda fəaliyyət göstərdiyi binaya köçən Sabunçu bələdiyyəsi binada əsaslı təmir tikinti işləri aparmaqla, binaya kommunikasiya xəttlərinin çəkilişini həyata keçirmiş, yararsız vəziyyətdə olan bina bələdiyyənin maliyyəsiylə əsaslı şəkildə təmir edilərək bələdiyyə qulluqçularının ixtiyarına verilmişdir.

Görülən işlərə büdcədən 20 min manatdan artıq vəsait xərclənmişdir. Təəssüf ki, altı il ərzində bina bələdiyyənin nə balansına, nə də ki mülkiyyətinə verilib. Hazırda bələdiyyə iclasında bu məsələ ilə bağlı müvafiq orqanlara müraciətin hazırlandığı bildirilir.

SMS-xidmətini təşkil etməklə bələdiyyə bu sahədə həm də bir ilkə imza atıb. O cümlədən icra şöbəsiylə əlaqələrin qurulması, həm də sms xidmətinin təşkili sayəsində bələdiyyə büdcəsinə ay ərzində sabit maliyyə vəsaiti daxil olur.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.

Belə görüşlərin davamlı şəkildə digər bələdiyyələrdə də keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR